“Məşədi Elçin” saxlanıldı

KRİMİNAL 07 iyl 2019, 17:38

Cəlilabadda polis ədavətin qanla bitməsinin qarşısını alıb.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Cəlilabad şəhər sakini Ş.Mahmudov DİN-in 102 xidmətinə müraciət edərək Elçin adlı şəxs tərəfindən ölümlə hədələndiyini, həmin şəxsin oğlu tərəfindən isə ona xəsarət yetirildiyini bildirib.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Cəlilabad şəhər sakini əvvəllər məhkum olunmuş, cinayətkar aləmlə əlaqəli olan və "Məşədi Elçin" kimi tanınan Elçin Muradov, oğlu Nicat Muradlı və qaynı Çingiz Rüstəmov aralarında xeyli vaxt əvvəlldən olan ədavətlə bağlı bıçaq və yumruq zərbələri ilə Ş.Mahmudova xəsarət yetiriblər. E.Muradov və oğlu N.Muradlı Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top