Azərbaycanda fəaliyyət göstərən qeyri-adi "KİV" — Dayə və xeyriyyə xidmətləri təklif edir (FOTOLAR)

MARAQLI 07 iyl 2019, 12:20

Azərbaycanda "Uğur media yayım şirkətinin xəbər informasiya agentliyi" adlı internet "KİV" fəaliyyət göstərir. 


Demokrat.az xəbər verir ki, sözügedən "media qurumu" jurnalistikadan başqa bütün sahələrlə bağlı xidmətlər təklif edir. 


Özünü "KİV" kimi təqdim edən "ugurmedia.az" saytında təklif etdiyi xidmətlərin adları da qeyd olunur. 


Təkliflər arasında jurnalistikadan savayı bütün sahələrə aid olan xidmətlər var. 

 

Misal üçün, "Xeyriyyə işləri", "Problemlərin işıqlandırılması", "Dayə xidməti", "Prezidentimizin və dövlətmizin iş adamları, dövlət məmurlarının uğurlarından yazmaq" və sairə kimi təklifləri sadalamaq olar. Hətta, aylıq 70 manatlıq müqavilə bağlamaqla kommunal problemləri belə həll edəcəklərini təklif edirlər. 
  

P.S. Qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü ərəfəsində belə bir "KİV"in peyda olması, əslində Azərbaycanda mətbuatın vəziyyətinin növbəti bariz göstəricisidir. Şübhəsiz ki, bu cür hallar təkrarlandıqca, Azərbaycan mətbuatı əvvəlki nüfuzunu itirməyə doğru gedir.

 

Qeyd: Fotoları Almaniyada yaşayan jurnalist Həsən Babayev özünün feysbuk səhifəsində paylaşıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top