Sankt-Peterburqda mağazaya girən Azərbaycan vətəndaşı qəfil öldü

DÜNYA 07 iyl 2019, 09:17

Rusiyanın Sankt-Peterburq şəhərində telefon mağazasına girən müştəri dünyasını dəyişib.


Demokrat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Nevski rayonunda qeydə alınıb.


Hadisə yerinə gələn polislər 47 yaşlı Azərbaycan vətəndaşının üzərində heç bir zorakılıq əlamətləri olmayan cəsədini aşkar ediblər.


Məlumata görə, satıcı ilə məsləhətləşən kişinin halı qəfil pisləşib. O, gözlənilmədən yerə yıxılıb və dünyasını dəyişib.


Hazırda mərhumun ölüm səbəbləri araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top