Poroşenko 340 kq-lıq dollar gizlədib — Pullar axtarılır

DÜNYA 06 iyl 2019, 10:25

Ukraynanın sabiq prezidenti Petro Poroşenko bankdan 34 milyon dollar nağd vəsait çıxarıb.


Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyası rəhbərinin sabiq müavini Andrey Portnov “Facebook” səhifəsində yazıb.


Onun sözlərinə görə, P.Poroşenko pulları özünə məxsus olan Beynəlxalq İnvestisiya Bankından 17 may - 18 iyun aralığında çıxarıb.


A.Portnov bildirib ki, 34 milyon dollar məbləğində olan vəsaitin ümumi çəkisi 340 kq-a bərabər olub.


O qeyd edib ki, P.Poroşenko çıxarılan pulları “başqa yerdə gizlədə”, yaxud da seçicilərin “ələ alınması”na sərf edə bilərdi.


Hazırda məsələ ilə bağlı araşdırma aparıldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top