Ukraynada saxlanılan azərbaycanlı yazıçı sərbəst buraxıldı — Azadlıqda ilk səfir qarşıladı (FOTOLAR)

GÜNDƏM 05 iyl 2019, 17:56

Ukraynanın Odessa aeroportunda saxlanılan "1918.az" saytının həmtəsisçisi, "Azərbaycan Xalq Cümhuriyyəti xronologiyası" kitabının araşdırmaçı müəllifi Bilal Həsən sərbəst buraxılıb. 


Demokrat.az xəbər verir ki, azərbaycanlı yazıçı saxlanılandan sonra Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və Səfirliyin məsul əməkdaşları dərhal Ukrayna tərəfilə danışıqlar aparıb və Bilal Həsənin sərbəst buraxılmasına nail olublar. 


Yazıçı Bilal Həsən verdiyi yaxından dəstəyə görə səfir Azər Xudiyevə, Konsul Hüseyn Mərcanova və digər köməyi olan şəxslərə təşəkkürünü bildirib:

 

Image result for Azər Xudiyev


"Dostlar, xahiş edirəm diqqət! Xahiş edirəm paylaşın! Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Konsul Hüseyn Mərcanov, Azərbaycan Dəmiryolları Ukrayna nümayəndəliyinin rəhbəri Natiq Nağıyev, Odessa-Azərbaycan Konqresinin sədr müavini Namiq bəy Talıbov və Konqresin şöbə müdürü Anar bəy Ağayev məni qarşıladılar, məsələnin çözülməsində yaxından iştirak etdilər. Səfirlik məlumat bilərkən, dərhal mənimlə əlaqə saxladı və bütün əlaqələrdən istifadə etdilər. Hal-hazırda azadam! Bu işdə əziyyət çəkən, maraqlanan, narahat olan, mənə dəstək olan bütün dostlara, jurnalistlərə, media nümayəndələrinə, hüquqşünaslar, rəsmi nümayəndələrə dərin təşəkkürümü bildirirəm. Var olun!".

 

Image result for Bilal Həsən


Qeyd edək ki, Azərbaycanın Kiyevdəki Səfirliyi Azərbaycan vətəndaşlarına müraciət edib.


Müraciətdə qeyd olunur ki, Ukrayna ərazisində Azərbaycan vətəndaşları hər hansı bir çətin vəziyyətlə üzləşən zaman dərhal Səfirliyin "qaynar xətt"i ilə əlaqə saxlasın. Bütün müraciətlər və telefon danışıqları avtomotlaşdırılmış rəqəmsal sistem vasitəsilə qeydə alınır və arxivləşdirilir. Azərbaycan vətəndaşlarının müraciətlərini vaxtında və dərhal cavablandırmaq Azərbaycan Səfirliyinin əməkdaşları tərəfindən daim xüsusi diqqətdə saxlanılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top