“Məzahir Pənahovun əxlaqı bu məsələni ört-basdır edib” — Partiya sədri

GÜNDƏM 05 iyl 2019, 17:20

AMİP rəhbərliyi tərəfindən VİP sədri Əli Əliyevin keçmiş həyat yoldaşının 2005-ci ildə Etibar Məmmədova yazdığı məktubun 14 il sonra ictimailəşdirilməsi etirazla qarşılandı. Ailə-məişət mövzusunda olan bir məktubun siyasi məqsədlər üçün istifadə olunması ictimaiyyət tərəfindən də tənqid olundu. Hətta məktubun müəllifi də buna etirazını bildirən bəyanat yaydı.

 

Bəs AMİP-in belə bir addım atmasına səbəb nə olub?


VİP sədri Əli Əliyev “Yeni Sabah”a açıqlamasında deyib ki, burada qısqanclıqdan başqa bir şey yoxdur: 


“Bu hadisələr  2005-ci və 2010-cu  ildə baş verib, parlament seçkiləri keçirilən zaman. İndi də parlament seçkilərinin olma ehtimlı var. Yəni hər seçki öncəsi belə bir addımın atılması təsadüf ola bilməz.


Onlar bizim partiyanən güclənməsindən, rəsmi status almasından, parlament seçkilərində nəticə əldə etməsindən narahtlıq keçirirlər. Çünki bizi bağlayan bir keçmiş var”. 

 

Image result for Etibar Məmmədov Əli Əliyev


Ə. Əliyev deyib ki, bu məktub həmin il MSK-ya da göndərilib: 


“Bizim bəyənmədiyimiz və seçki saxtakarlığında həlledici rolu həmişə ifa etmiş Məzahir Pənahov belə yüksək əxlaqi keyfiyyət nümayiş etdirərək o məsələni ört-basdır edib. Mən Məzahir müəllimə təşəkkür edirəm, bu şəxsi mövqeyinə görə. O vaxt məktubu bizim MSK nümayəndəsinə vermişdi ki, utanmırlar, belə bir şeylərdən seçki məsələsində istifadə etmək istəyirlər”.


Ə. Əliiyev deyib ki, bu məsələdən sonra AMİP rəhbərliyi ilə heç bir kontaktı olmayıb və ola da bilməz.  

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top