Rövnəq Abdullayev oğlunu evləndirir — Toyun yeri AÇIQLANDI

MARAQLI 05 iyl 2019, 17:00

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevin bu gün toyu olacaq.


Demokrat.az lent.az-a istinadən xəbər verir ki, toy mərasimi paytaxtdakı “Buta Palace” şadlıq evində baş tutacaq.


Qeyd edək ki, toyda Milli Məclisin deputatlarının, eləcə də hökumət üzvlərinin də iştirakı gözlənilir.


Sosial şəbəkələrdə yayılan məlumatlara görə, R.Abdullayev Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, ədəbiyyatşünası, yazıçı və tərcüməçi Qəzənfər Paşayevin nəvəsi ilə ailə qurur. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top