Daha bir məşhur helikopter qəzasında öldü

DÜNYA 05 iyl 2019, 12:35

ABŞ-ın Baham adalarında dəhşətli helikopter qəzası baş verib. 

 

CNN-nin məlumatına görə, istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həyatını itirib. Ölənlər arasında amerikalı tanınmış milyarder Kris Klayn və digər iş adamları var. Onların hamısı ABŞ vətəndaşlarıdır.

 

Məlumata görə, helikopter Qrand-Ki adasından havaya qalxandan bir neçə dəqiqə sonra radarlardan itib. Şahidlərin ifadəsi əsasında nəqliyyat vasitəsininin sahildən 3 kilometr məsafədə düşdüyü müəyyən edilib. Axtarışlar nəticəsində sudan 3 kişi və 4 qadın cəsədi çıxarılıb. Hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, Klaynın 1,8 milyard dollar dəyərində sərvəti var idi. (Redaktor.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top