"Telefon zənglərinə belə cavab vermirlər..." — AzTV Bakı Nəqliyyat Agentliyini "yıxıb-sürüdü" (VİDEO)

MARAQLI 04 iyl 2019, 14:33

Azərbaycan Dövlət Televiziyasının (AzTV) efirində yayımlanan "Nəsillərin debatı" proqramında Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti sərt tənqid edilib. 


Demokrat.az xəbər verir ki, iyun ayının 27-də efirdə yayımlanan proqramda Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti və qurumun məsul əməkdaşları üzərinə düşən vəzifələri doğru yerinə yetirə bilməməkdə ittiham olunur. 


Verilişin aparıcısı Bakı Nəqliyyat Agentliyinin əməkdaşlarını sözügedən proqrama dəvət etdiklərini, ancaq dəvətdən boyun qaçırdıqlarını və telefon zənglərinə belə cavab vermədiklərini bildirib. 


Həmin çıxışın görüntülərini təqdim edirik:

 


Zaur Hacılı
Demokrat.az  

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top