Messi millidəki karyerasına aydınlıq gətirdi

İDMAN 03 iyl 2019, 23:24

Argentina millisinin kapitanı Lionel Messi yığma karyerasını davam etdirəcəyini deyib. 

 

Amerika Kubokunun yarımfinalında Braziliyaya məğlubiyyətindən (0:2) sonra yerli mətbuata danışan Messi millidən getmək barədə düşünmədiyini deyib: "Bizi yeni mərhələ gözləyir. Ümid edirəm ki, hörmət görəcəyik, tənqid yox. Bu komandaya sakitlik və böyümək üçün icazə verilməlidi. Həqiqət budu ki, oyunçularla yaxşı anlaşdım və gələcəkdə də onlara köməyim lazım olsa, bunu edəcəm. Əla və inkişaf edən komandamız var. Əgər yenə bu komandaya qoşulmaq imkanım olsa, yararlanacam".

 

Qeyd edək ki, Lionel Messi 2005-ci ildən Argentina millisində çıxış edir. (matc.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top