Putin üç generalı işdən qovdu

DÜNYA 03 iyl 2019, 21:48

Rusiya Prezidenti Vladimir Putin 3 generalı vəzifəsindən azad edib.

 

Demokrat.az-ın məlumatına görə, prezidentin fərmanı ilə Rusiya Daxili İşlər Nazirliyi Sibir Hüquq Universitetinin rəisi, polis general-mayoru İqor Medvedev, Çuvaş Respublikası daxili işlər naziri, polis general-mayoru Sergey Neyaskin və Cəzaların İcrası Federal Xidmətinin Təşkilati-Analitik Təminatının Planlaşdırılması İdarəsinin rəisi, daxili xidmət general-mayoru Nikolay Skopintsev vəzifələrindən azad edilib.

 

Bundan başqa, Rusiya DİN-in Miqrasiya məsələləri üzrə Baş İdarəsinin rəis müavini İqor Xrenkov işdən çıxarılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top