Azərbaycanlı qadın qızı ilə evlənəcək adama ev vəd etdi — FOTOLAR

MARAQLI 03 iyl 2019, 18:59

Azərbaycanda 21 yaşlı qız xalası oğluna qoşulub qaçıb. 


Demokrat.az xəbər verir ki, bunu Xəzər televizyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verilişinə müraciət edən Gülnarə deyib. 


O, bildirib ki, Sank-peterburq şəhərində doğulmuşam: 


"Böyük ailənin arzuolunmaz övladı olmuşam. Mənim üç bacım, bir qardaşım var. Mən doğulan zaman məni uşaq evinə atmaq istəyiblər. Sonra nəyisə görə fikirlərindən daşınıblar. Uşaqlığımda nə doyunca sevgi görmüşəm, nə də istədiyim oyuncaqla oynamışam. Sadəcə valideynlərim tərəfindən döyülüb, işgəncələr görmüşəm. Anam saçımdan tutub sürüyürdü. Valideynlərim məni döysə də onları sevirdim. Orta məktəbdə oxuyanda ali məktəbə daxil olmaq istəyirdim. Lakin ailəmizdə olan səs-küyə görə sinif yoldaşlarım məni ələ salırdı. Ona görə də məktəbdən çıxdım. Astarada yaşayan xalam oğlu Samirlə məni evləndirmək istəyirdi. Lakin anam bu evliliyə razı olmadı. Çünki Samir bir dəfə evli olub, boşanmışdı. Amma mən Samiri sevdiyim üçün ona qoşulub qaçdım. Düşünürdüm ki, pis günlərim arxada qalıb. Lakin mənə ana sevgisi verən xalam birdən cəllada çevrilmişdi. Döyülməyimin səbəbi isə anamın mənimlə evlənəcək şəxsə ev verəcəyi vədi verməsi idi. Anam o vədini yerinə yetirmədiyi üçün xalam məni döyürdü. 20 gündən sonra Samir məni anamın evinə gətirib qoydu. Bu vəziyyətdə evə qayıtdığım üçün bacılarım məni ələ salırdı. Buna görə hətta intihar belə etmək istədim. Daha sonra daha bir azərbaycanlı Məhəmmədlə tanış olub, onunla qaçdım. Bir müddət qardaşıgildə qaldıq. Bacısı ortaya çıxandan sonra bizi evdən qovdular. Anamgilə gəlsək də onlar da bizi qəbul etmədi. Hətta hamilə olan zaman ac olduğum üçün anamgildən kömək istədim. Amma anam qapını açmadı. Biz bu evdə 1 il bir yerdə yaşadıq. Qızım Fatimə olandan sonra Məhəmməd bizi qoyub qaçdı". 


Aparıcı bildirib ki, Gülnarə nə istədiyini bilmir:" 


Gülnarə əməkdaşlarımıza deyib ki, özümə bir kişi tapmışam. Onunla yaşayacağam. Qızımı da tacik bir qadına verəcəyəm".(BİG.AZ)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top