NATO-nun iki döyüş gəmisi Qara dənizə daxil oldu

DÜNYA 03 iyl 2019, 13:25

NATO-nun iki döyüş gəmisi Qara dənizə daxil olub. Bu barədə məlumatı “Bosphorus Observer” monitorinq resursu xəbər yayıb.

 

Qeyd olunur ki, Böyük Britaniyanın esminesi “HMS Duncan” və Kanadanın “Toronto HMCS” freqatı Dardanel boğazından keçərək Mərmərə dənizinə, oradan isə Qara dəniz akvatoriyasına daxil olublar.

 

Gəmilər Ukraynaya “Sea Breeze 2019” hərbi-dəniz təlimlərində iştirak etmək üçün gediblər.

 

Amerika və Ukrayna hərbçilərinin birgə təlimləri iyulun 12-dək davam edəcək.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top