“Gilan Holdinq” nizamnamə kapitalını artırdı

İyun ayının əvvəlində “Gilan Holdinq”ın və holdinqə daxil olan bəzi şirkətlərin nizamnamə kapitallarının artırılacağı barədə məlumat yayılmışdı. 

 

Holdinqdən Demokrat.az-a bildirilib ki, iyun ayının 28-də şirkətlər qrupunun nizamnamə kapitalının həcmi 17,8 dəfə artırılaraq 395 850 678 manata çatdırılıb. Daha əvvəl isə bu məbləğ 22 182 402 manat təşkil edirdi.

 

Xatırladaq ki, daha öncə yayılan məlumata əsasən, “Gilan"ın nizamnamə kapitalının artırılması 2019-cu ilin əvvəlində müəyyən olunmuş ümumi inkişaf strategiyasına uyğun olaraq, həyata keçirilib ki, bu da holdinqin maliyyə dayanıqlığının təmin edilməsi və bazar mövqelərinin gücləndirilməsi ilə əlaqədardır.

 

1987-ci ildən fəaliyyət göstərən “Gilan Holdinq” qeyri-neft sektoru üzrə Azərbaycan iqtisadiyyatının inkişafı üçün irimiqyaslı layihələrə sərmayələr yatıran, həmçinin yerli məhsulların xarici bazarlarda tanınmasını və satışını təşkil edən aparıcı şirkətlər qrupundan biridir.

 

2 İyul 2019, 23:22   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß