Neft tankerinin yanması 50 nəfərin ölümü ilə nəticələndi

DÜNYA 02 iyl 2019, 22:47

Nigeriyanın Benue əyalətində neft tankerində baş verən partlayış nəticəsində azı 50 nəfər ölüb, 70 nəfər yaralanıb.

 

Türkiyə mətbuatının verdiyi xəbərə görə, bunu Benue əyalətinin məsul şəxslərindən biri olan Xristofer Avi bildirib.

 

Qeyd olunub ki, hadisə qəzaya uğrayan tankerdəki benzini sakinlər boşaltmaq istəyərkən baş verib.

 

Onun sözlərinə görə, partlayış nəticəsində ölənlərdən hazırda 50 nəfərin meyiti çıxarılıb, 70 nəfər yaralanıb və çoxlu sayda insan itkin düşüb.

 

Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinin ətrafındakı evlər kül olub.

 

Partlayışın səbəbi araşdırılır.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top