Vizasız gedə biləcəyimiz ölkələrin sayı açıqlandı

SİYASƏT 02 iyl 2019, 20:48

Dünyanın ən güclü pasportları Asiya ölkələrindədir. Hər halda, viza tələb olunmaması baxımından liderlər qrupunda bu qitənin üç dövləti yer alıb.

 

Demokrat.azbizimyol-a istinadən xəbər verir ki, Yaponiya və Sinqapur pasportları vətəndaşlarına 189 ölkəyə vizasız səfər vəd edir. Cənubi Koreya pasportu ilə 187 dövlətə problemsiz getmək olar. Elə bu qədər də Almaniya və Finlandiya vətəndaşlarının imkanı var.

 

Liderlər qrupunda vəziyyət belədir: Yaponiya, Sinqapur – 189, Cənubi Koreya, Almaniya, Finlandiya – 187, Danimarka, İtaliya, Lüksemburq – 186, İspaniya, Fransa – 185, Avstriya, Portuqaliya, İsveçrə – 184, Böyük Britaniya, Yunanıstan, Kanada, ABŞ – 183, Malta – 182.

 

Azərbaycan sıralamada 78-ci yerdədir. Bizim ümumvətəndaş pasportu ilə 66 ölkəyə vizasız səfər etmək olar.

 

Siyahıda gözlənilməz adların qarşısında yüksək göstərici nəzərə çarpır. Məsələn, Sent Kits və Nevis dövlətinin pasportunun 152 ölkədə keçərli olması çox təəccüblüdür.

 

Ən zəif pasport Əfqanıstanındır. Bu sənədlə 25 ölkəyə sorğu-sualsız daxil olmaq mümkündür.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top