“Xəzər adaları”nın yeni sahibi, deputat Kamran Nəbizadədən AÇIQLAMA

GÜNDƏM 01 iyl 2019, 23:38

Xəbər verdiyimiz kimi, Bakıda Xəzər dəninin içində inşa edilən "Xəzər adaları” layihəsini deputat Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçirilib. Bu barədə məlumatı layihənin ideya müəllifi və keçmiş rəhbəri, iş adamı Hacı Nehrəm İbrahimli yerli mətbuata verib. O bildirib ki, dövlətə olan borclarının qarşılığında "Xəzər adaları”nı Məmməd Musayevin sahibi olduğu "Aqrarkredit” qeyri-bank kredit təşkilatına verib. Onlar da bu ərazini millət vəkili Kamran Nəbizadənin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının” (ASC) balansına keçiriblər. 
 
Bakupost.az məsələ ilə bağlı deputat Kamran Nəbizadə ilə danışıb. K.Nəbizadə Bakupost.az-ın əməkdaşı ilə söhbətinə faktı təsdiqləyib və bildirib ki, "Xəzər adaları" layihəsi həqiqətən də onu baş direktoru olduğu şirkətə verilib. Sitat: "Bəli, xəbər doğrudur, "Xəzər adaları" "Azərbaycan Sənaye Korporasiyasının” balansına verilib. Ancaq mən sizə daha ətraflı məlumat verə bilməyəcəyəm. Əlavə məlumat üçün korporasiyanın mətbuat xidməti ilə əlaqə saxlayın. Mən isə deputat kimi başqa suallarınızı cavablaya bilərəm".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top