"Ərim toya 1 həftə qalmış məni qoyub qaçdı" - Günel

ŞOU-BİZNES 01 iyl 2019, 23:15

"ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı müğənni Günel Ələkbərova olub.

Sənətçi aparıcı Ruslan Ağayevin 33 sualına cavab verib.

 

Şəxsi həyatından danışan Günel boşandığını açıqlayıb. O, "Həyat yoldaşın sənə əl qaldırıb" sualına belə cavab verib:

 

"Rəsmi nikahım olub, amma boşanmışam. "Xonçası oynamayanlar" silsiləsindənəm. Toya 1 həftə qalmış məni qoyub qaçdı.

 

Həyat yoldaşım mənə əl qaldırıb. Elə vurdu ki, gedib hara düşdüm. 3 ay onunla danışmadım".

 

Günel kirayədə yaşadığını etiraf edib:

 

"Kirayədə yaşayıram. Evim, maşınım yoxdur. Yalandan deyim ki, gətirdilər mənə "Qalik" bağışladılar? Gündə kirayəyə bir maşın götürüb, yalandan danışım?". (unikal.org)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top