Ərini bıçaqladıqdan sonra parkda siqaret çəkdi - FOTO

KRİMİNAL 01 iyl 2019, 18:49

Türkiyənin Antaliya şəhərində dalaşdığı əri C.G-yi bıçaqlayan arvadı R.G. hadisədən sonra səkiyə oturub siqaret çəkib.


Demokrat.az xəbər verir ki, hadisə Konyaaltı küçəsi Liman Məhəlləsi gecə saat 00:30 radələrində baş verib.


C.G. ilə arvadı R.G. arasında Atatürk Bulvarı yaxınlığında yerləşən parkda bilinməyən səbəblərdən mübahisə edib. 


Mübahisədən sonra qadın çantasından bıçağı çıxarıb. Qadının əlindən bıçağı almağa çalışan əri buna nail ola bilməyib. Belə ki, qadın əlindəki bıçaqla kişinin ürəyindən bıçaqlayıb. 
Qana bürünən kişi yerdə can verərkən, qadın parkda səkiyə oturub siqaret çəkməyə başlayıb. Hadisə yerinə təcili tibbi yardım gəlib. Bıçaq yarası alan şəxs xəstəxanaya, qadın isə saxlanılaraq polis bölməsinə aparılıb.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top