"EGE Hospital"-ın kardioloqlarının məruzəsi ABŞ-da maraqla qarşılandı - FOTO

SOSİAL 01 iyl 2019, 12:00

Bu günlərdə ABŞ-ın Florida ştatının Orlando şəhərində beynəlxalq kardioloji konfrans keçirilib.

 

Konfransda Azərbaycan oturumu təşkil olunmuş və burada Azərbaycandan bir sıra kardioloqlar, o cümlədən Ege Hospitalın baş direktoru, tibb üzrə fəlsəfə doktoru Ülvi Mirzoyevdə həm iştirakçı, həm də məruzəçi kimi iştirak etmişdir. Ülvi Mirzoyevin məruzəsi böyük maraqla qarşılandı. Tam əminliklə deyə bilərik ki, tibbin bir çox sahələri, xüsusilədə kardiologiya ABŞ, Avropa səviyyəsindədir. Bu gün dünyada elə bir ürək əməliyyatı yoxdur ki ölkəmizdə icra olunmasın. Sevindirici haldır ki, yerli mütəxəssislərimiz beynəlxalq aləmdə öz bilik təcrübələri ilə həm ölkəmizi həm də bir mütəxəssis kimi özlərini tanıtdırırlar.

 

Son illərdə ölkəmizdə bir sıra sahələrdə olduğu kimi, səhiyyədə də sürətli inkişafın getməsi göz qabağındadır. Xüsusilədə səhiyyə idarəetmə sistemləri, maddi-tibbi bazanın yaxşılaşdırılması və ixtisaslı kadr siyasəti bunu deməyə imkan verir. Bu gün tibbi-elmi mövzuda bir çox ölkələrdə o cümlədən də bizim ölkəmizdə beynəlxalq tədbirlər keçirilir. 

 

EGE Hospital-Sağlamlığınız sağlamlığımızdır!

☎ 1117
☎ (+994 12) 599 11 17

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top