İsrail Suriyanı vurdu - Hədəfdə İran ordusu olub (VİDEO)

DÜNYA 01 iyl 2019, 11:34

Ötən gecə İsrail ordusu Suriya ərazisindəki İran hədəflərinə növbəti şiddətli hücum həyata keçirib. 

 

Demokrat.az xəbər verir ki, Suriyanın rəsmi SANA agentliyinin məlumatına əsasən İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri , o cümlədən Hərbi Dəniz Qüvvələrinin gəmiləri Dəməşq ətrafına, habelə Homs şəhərinə raket zərbələri endirib.

 

Suriyanın Hava Hücumundan Müdafiə qüvvələri hücumu dəf etmək üçün işə salınıb. İsrailin raket zərbələri nəticəsində biri azyaşlı uşaq olmaqla 4 mülki sakin həlak olub, 20-dən çox adam yaralanıb.

 

Londonda mənzillənmiş Suriya İnsan Haqları Monitorinq Qrupu -The Syrian Observatory for Human Rights (SOHR) isə bildirir ki, iyulun 1-nə keçən gecə İsrail ordusu Dəməşq ətrafında və Homsda Suriya nizami ordusunun obyektlərinə, İrana bağlı silahlıların bazalarına və Livanın “Hizbullah” qruplaşmasının bazalarına hücum edib. İsrailin hərbi hava və dəniz qüvvələrinin Dəməşq ətrafında azı 10 hədəfi vurduğu bildirilir. O cümlədən İranın İnqilab Keşikçiləri Korpusunun Suriya ordusunun 91-ci briqadasının bazasında yerləşən mənzil-qərargahı vurulub. Vurulan hədəflər arasında Cəmrayedəki elmi-tədqiqat mərkəzi də yer alır.

 

İsrail ordusu Suriya ərazisinə raket zərbələri barədə məlumatları şərh etmir. Qeyd edək ki, İsrail vaxtaşırı olaraq Suriya ərazisin zərbələr endirir və bunu İranın Suriya ərazisində hərbi iştirakını genişləndirmək planları ilə əsaslandırır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top