Ermənistanda öldürülməkdən qorxan əsgər hərbi hissəyə qayıtmaq istəmir

DÜNYA 01 iyl 2019, 11:42

Ermənistan ordusunun 19 yaşlı əsgəri Narek S. məzuniyyətdən sonra xidmət etdiyi hərbi hissəyə qayıtmaqdan imtina edib.

 

 Novosti-Armeniya xəbər verir ki, Ermənistanın Açapnyak administrativ dairəsindən olan əsgər qanuni məzuniyyət alaraq, evlərinə gedib.

 

İyunun 30-da məzuniyyət müddəti başa çatdığı üçün, o, hərbi hissəyə qayıtmalı imiş. Ancaq əsgər hərbi hissəyə qayıtmaqdan imtina edib. O, valideynlərinə deyib ki, hərbi hissəyə qayıtsa intihar edəcək.

 

Narekin sözlərinə görə, onu hərbi hissədə öldürəcəklər. Valideynləri psixoloqa müraciət ediblər. Mütəxəssislər onu intihar etmək fikrindən daşındırıblar. Əsgər hərbi hospitala yerləşdirilib.

 

Hazırda əsgər həkimlərin və hərbi polisin nəzarəti altındadır. Onun qulluq etdiyi hərbi hissədə araşdırma aparılır. (Report)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top