Rostovdan Bakıya birbaşa uçuşlara başlanılır

İQTİSADİYYAT 30 iyn 2019, 21:35

Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığında yerləşən "Platov" hava limanından Bakıya birbaşa uçuşlara başlanılır.

 

Demokrat.az "Report"a istinadən xəbər verir ki, Rostovdan Bakı istiqamətində ilk təyyarə iyulun 6-da havaya qalxacaq.

 

Uçuşlar həftədə bir dəfə – şənbə günləri "Sukhoi Superjet 100" təyyarələri ilə həyata keçiriləcək.

 

Təyyarə "Platov"dan yerli vaxtla 15:00-da havaya qalxacaq və 18:20-də Bakıya eniş edəcək. Beləliklə, uçuş vaxtı 2 saat sürəcək. Bakıdan Rostova təyyarələr 12:50-də uçacaq və 13:50-də "Platov"da yerə enəcək.

 

Bir istiqamətdə biletin qiyməti təqribən 190 dollardır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top