Azərbaycan II Avropa Oyunlarını 28 medalla 10-cu yerdə bitirdi

İDMAN 30 iyn 2019, 20:21
Azərbaycan Minskdə təşkil olunan II Avropa Oyunlarında 10-cu yerə çıxıb.
 
 
Demokrat.az xəbər verir ki, aktivinə 28 medal yazdıran milli komandamız qitənin 10 ən güclü komandası arasında yer almağı bacarıb. Medallardan 5-i qızıl, 10-u gümüş və 13-ü bürünc medaldır. 
 
 
Avropa Oyunlarının qalibi isə Rusiya olub. (44 qızıl, 23 gümüş, 42 bürünc). Şimal qonşumuz ilk Avropa Oyunlarındakı kimi bu dəfə də ən güclü olduğunu göstərib. İkinci yerə təşkilatçı ölkə - Belarus (24 qızıl, 16 gümüş, 29 bürünc), 3-cü pilləyə Ukrayna sahib çıxıb (16 qızıl, 17 gümüş, 18 bürünc). Sonrakı yerləri İtaliya, Niderland, Almaniya, Gürcüstan, Fransa və Böyük Britaniya və Azərbaycan tutub. 
 
 
Xatırladaq ki, Azərbaycan 4 il öncə Bakıda düzənlənən ilk Avropa Oyunlarında II yeri layiq görülmüşdü.
 
 
 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top