Karate yığmamızın lideri Rafael Ağayev II Avropa Oyunlarında gümüş medal qazanıb.
Demokrat.az xəbər verir ki, beşqat dünya çempionumuz 75 kq çəki dərəcəsinin final döyüşündə ukraynalı Stanislav Horunaya məğlub olaraq (0:4) ikinci olub.
İdmançımız finala gedən yolda qrup döyüşlərdə ilk olaraq britaniyalı Jo Kellavey üzərində çətin qələbə qazanıb (3:2). Daha sonra minimal hesabla (1:0) türkiyəli Erman Eltemura qalib gəlib. Qrupun son görüşündə isə macarıstanlı Qabor Harspataki ilə bərabərə qalıb (0:0). Yarımfinalda hesabda geriyə düşdüyü estoniyalı Pavel Artomonov üzərində əzmkar qələbəni qeyd edib (2:1)
Xatırladaq ki, karatenin "brilliant"ı Rafael Ağayev, 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında qızıl medal qazanmışdı.