Tramp Şimali Koreya torpağına ayaq basmış ilk ABŞ prezidenti oldu

DÜNYA 30 iyn 2019, 16:59

Bu gün Cənibi Koreya ilə Şimali Koreyanın sərhədində ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında görüş baş tutub.

 

RT xəbər verir ki, Kim Çen In Trampa sərhədi bildirən xətti keçməyi və Şimali Koreya ərazisinə ayaq basmağı xahiş edib. ABŞ prezidenti həmkarının sözünü yerə salmayıb. Beləliklə, o, KXDR ərasizinə gəlmiş ilk ABŞ prezidenti olub.

 

“Mənim üçün sərhədi keçmiş ilk ABŞ prezidenti olmaq böyük şərəfdir. Bizim münasibətlərimiz pis idi, indi hər şey əksinədir”, - Tramp deyib.

 

Məlumatlara görə, Tramp Kim Çen Inı ABŞ-a səfərə dəvət edib. Bəzi mənbələrə əsasən, Şimali Koreya lideri Rusiya prezidenti Vladimir Putinə müraciət ünvanlayaraq, Berinq boğazı üzərindən dəmiryolu körpüsü tikməyi təvəqqe edib ki, ABŞ-a özünün zirehli qatarında yollana bilsin. (virtual.org)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top