Həmsədrlər girovların dəyişdirilməsini alqışlayıblar

SİYASƏT 30 iyn 2019, 12:51
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şafer birgə bəyanat yayıblar. Demokrat.az-ın APA-ya istinadən xəbərinə görə, onlar ötən gün Azərbaycan və Ermənistan tərəflərinin girovları qarşılıqlı şəkildə azad etmələrini alqışlayıblar və Beynəlxalq Qızıl Xaç Komitəsinin bu müsbət addımın reallaşmasında göstərdiyi səyi yüksək qiymətləndiriblər. Həmsədrlər tərəfləri mümkün qədər tez bir zamanda substantiv danışıqlar və sülh üçün atmosferin möhkəmlənməsi məqsədi ilə gələcəkdə əlavə konkret humanitar addımlar atmağa çağırıblar. Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə aparılmış danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən, 16 mart 2019-cu il tarixdə Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonu, Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu və 20 iyun 2017-ci il tarixdə Qazax rayonu ərazisində saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 06.11.1974-cü il təvəllüdlü Karapetyan Zaven Avanesoviç 28 iyun 2019-cu il tarixdə müvafiq olaraq tərəflərə təhvil veriliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top