Gələn il G20-yə Səudiyyə Ərəbistanı sədrlik edəcək - Şahzadə açıqladı

DÜNYA 29 iyn 2019, 16:57

Məhəmməd bin Salman G20 sammitinin bağlanış görüşündə danışıb. 

 

Gələn il G20 qrupuna sədrlik edəcək Səudiyyə Ərəbistanı sədrlik müddətindəki prioritetləri açıqlayıb.

 

APA  RİA Novosti-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bu barədə Osakada keçirilən G20 sammitinin bağlanış görüşündə danışıb.

 

Bu ilin dekabrında sədrliyin Səudiyyə Ərəbistanına keçəcəyini xatırladan Məhəmməd bin Salman ərzaq təhlükəsizliyinin təminatı, enerji və su mənbələrindən istifadə, infrastrukturun qurulması və insan resurslarına investisyaların qoyulmasının diqqət mərkəzində olacağını deyib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top