Ermənistandan növbəti ekoloji qətliam: Düşmən Arazboyu kəndlərdə yanğınlar törədib...

SİYASƏT 29 iyn 2019, 13:55

Ermənistan işğal altında olan Azərbaycan torpaqlarında növbəti dəfə irimiqyaslı yanğınlar törədib.

 

Demokrat.az moderator.az-a istinadən xəbər verir ki, uzun illərdir ki, zəbt edilmiş Azərbaycan torpaqlarında mədənlərin vəhşicəsinə istismarı, meşələrin talanması və s. kimi addımlarla ekoloji terror həyata keçirən düşmən, bu günlərdə Arazboyu yaşayış massivlərində yeni yanğınlar törədib. Nəticədə sözügedən ərazilərdəki otlaq sahələri ilə yanaşı, kol və ağaclar, yaşıllıq zolaqları da yanaraq məhv olub. Ermənilərin Arazvboyu ərazilərdə törətdiyi yanğınların nəticələri İran ərazisindən də açıq-aydın müşahidə olunur.

 

Məlumat üçün qeyd edək ki, Azərbaycan tərəfi dəfələrlə ermənilərin ekoloji müstəvidə həyata keçirdiyi terror aktlarını beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin diqqətinə çatdırıb, onları məlum problemin həllinə yardım etməyə səsləyib. Lakin təəssüflər olsun ki, hələ də beynəlxalq qurumlar Azərbaycan torpaqlarında düşmən tərəfindən həyata keçirilən ekoloji qətliyamların qarşısnın alınması üçün gərəkli addımlar atmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top