ABŞ prezidenti: "Obama Türkiyəyə haqsızlıq elədi"

DÜNYA 29 iyn 2019, 10:55

"Obama hakimiyyəti Türkiyəyə haqsızlıq etdi. Patriot raketlərini satmaqdan imtina etdilər. İnsanlarla Obama hakimiyyətinin davrandığı kimi davranmaq olmaz”.


 
Bu sözləri ABŞ prezidenti Donald Tramp Ərdoğanla görüşündə deyib. 


 
O, Rusiyadan S-400 raketləri almağa hazırlaşan Türkiyəyə hər hansı sanksiyanın tətbiq edilib-edilməyəcəyi barədə suala cavab verərkən belə deyib. 


 
Ərdoğanla dost münasibətlərinin olduğunu qeyd edən Tramp bildirib ki, hazırda S-400 məsələsi üzərində işləyirlər: "Fərqli həll yolları axtarırıq. Obama hakimiyyəti Türkiyənin Patriot raketləri almağına icazə vermədi. İnsanlarla belə işləyə bilməzsiniz. Onlar da gedib başqa raket almaq məcburiyyətində qaldılar. Başqası ilə anlaşanda da "tamam” sizə də Patriot satarıq” dedilər”. 


 
Tramp deyib ki, Türkiyəyə bu mövzuda ədalətli davranılmadığını hesab edir. (bakupost)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top