Minsk-2019: Boksçumuzun biri finalda, digəri bürünc medalla kifayətləndi

İDMAN 28 iyn 2019, 21:22

Azərbaycan boksçusu Lorenzo Sotomayor "Minsk 2019" II Avropa Oyunlarını bürünc medalla başa vurub.

 

Demokrat.az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində döyüşən L.Sotomayor yarımfinalda Böyük Britaniya təmsilçisi Pat Makkormaka uduzub. Nəticədə o, Avropa Oyunlarının “bürünc” medalına sahib olub.

 

Bununla da Azərbaycan II Avropa Oyunlarında 17-ci medalını qazanıb (2 qızıl, 5 gümüş, 10 bürünc).

 

Digər boksçumuz Alfonso Dominqes (81 kq) isə yarımfinal görüşündə italiyalı Fiori Simoneni məğlub edərək finala yüksəlib.

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top