Elgizi avtobusda lağa qoydular - "Bu yazıq nə gündədir" (VİDEO)

ŞOU-BİZNES 28 iyn 2019, 17:28

Aparıcı Elgiz Əkbər avtobusda başına gələn hadisəni tamaşaçılarla bölüşüb.

 

O, "Səhər-səhər" verilişində bildirib ki, ictimai nəqliyata mindiyi üçün qadınlar onu lağa qoyub:

 

"28 May tərəfdə avtomobilim xarab oldu. Mən də gedirəm Pirallahı tərəfə. Gördüm qırmızı avtobus dayandı, xoşuma gəldi. Mindim, necə gözəl, sərin. Dayanmışam, bütün avtobusdakılar başladı məndən danışmağa. Günün mövzusu mənəm. Biri geyimimi, biri ayaqqabımı müzakirə edir. Biri də qayıdıb yanındakına ki, bu yazıq efirdə kök görünür, indi arıqdır.

 

Bir yaşlı qadın isə qayıtdı ki, bu yazıq nə gündədir, avtobusda gəzir. Cavab verdim ki, sözü düz işlətmədiniz, avtobusa minmək pis deyil. Nə gözəl, insan içində oldum". (Axşam.az)

 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top