Dünyanın gözü Osakada - "Böyük iyirmilik" toplandı

DÜNYA 28 iyn 2019, 09:04

Yaponiyanın Osaka şəhərində "Böyük iyirmilik" (G20) sammiti start götürüb.


Demokrat.Az -ın məlumatına görə, 37 ölkə və beynəlxalq təşkilat lideri ikigünlük görüşlər zamanı beynəlxalq gündəliyin daha aktual məsələləri üzrə fikir mübadiləsi aparacaqlar. Sammit zamanı bir neçə sessiya, o cümlədən rəqəmsal iqtisadiyyata həsr olunmuş xüsusi sssiya olacaq.


Tədbirlərin əsas mövzusu rəqəmsal iqtisadiyyatın inkişafı, qlobal ticarət və investisiyalar, innovasiyalar, iqlim dəyişkənliyi məsələləri və dənizlərin plastik kütlələrlə çirkləndirilməsi ilə mübarizə və səhiyyə olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top