İki ermənini məğlub edən güləşçimiz Avropa Oyunlarının qalibi oldu

İDMAN 27 iyn 2019, 20:16

Azərbaycan Minskdə keçirilən Avropa Oyunlarında 2-ci qızıl medalı qazanıb.

 

Demokrat.az xəbər verir ki, növbəti qızıl güləşçimiz Hacı Əliyevdən gəlib. Belə ki, dünən 65 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək finala yüksəlmişdi. Üçqat dünya çempionumuz bunadək iki erməni rəqibini və yerli idmançını məğlub edərək, adından söz etdirməyi bacarmışdı. Bu gün isə həlledici döyüşdə gürcüstanlı Vladimer Xiceqaşvili qalib gələn idmançımız yarışı qızıl medalla başa vurub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top