Pərvin Abıyeva yeni bahalı maşın ilə göründü: "Özüm almışam"

ŞOU-BİZNES 27 iyn 2019, 17:56

 

Tanınmış azərbaycanlı aktrisa Pərvin Abıyeva yeni “Range Rover” markalı maşını ilə görünüb.

 

Lent.az-ın fot-kamerasına tuş gələn aktrisa bildirib ki, avtomobili öz pulu ilə alıb:

 

“Heç bir zaman hədiyyə qəbul etmirəm. İstəmirəm ki, kiminsə yanında gözü kölgəli olum. Ona görə də Allah hər zaman özümə versin. Böyük hədiyyələri heç vaxt qəbul etmirəm. Xırda şeylərlə xoşbəxt olmağı bacaran insanam. Bunu özüm almışam. Sentyabrdan bəri idarə edirəm”.

 

Qeyd edək ki, Pərvin Abıyeva bundan öncə "Porche” markalı maşın idarə edirdi. O, əvvəlki maşınındakı 99 EP 333 dövlət qeydiyyat nişanlı nömrəsini təzə avtomobilində də istifadə edir. 

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top