"Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir" - RƏSMİ REAKSİYA

GÜNDƏM 27 iyn 2019, 11:35

Məlumat verdiyimiz kimi, Avropanın nüfuzlu media orqanları İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbərlər yayıblar. 

 

Araşdırmaçı-jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə həmin şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb. 

 

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı AAYDA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Nəcəfli Modern.az-ın sorğusuna cavab olaraq, yazılanların həqiqəti əks etdirmədiyini bildirib:

 

“Barəsində danışılan hadisədə Agentliyin sədri Saleh Məmmədovun övladının adının hallanması qərəzlidir. Belə bir hadisə baş verməyib”.

 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top