SALEH MƏMMƏDOVUN OĞLUNUN 2 MİLYON MANATLIQ SAATI OĞURLANIB - QƏRB MƏTBUATI ŞOKDA

GÜNDƏM 27 iyn 2019, 10:10

Qərb mətbuatının nüfuzlu nəşrlərində İspaniyanın İbiza adasında 22 yaşlı azərbaycanlı turistin 1 milyon funt-sterlinq dəyərində saatının oğurlandığı barədə xəbər yayılıb. 

 

Demokrat.az xəbər verir ki, araşdırmaçı-jurnalist Cavanşir Həsənli isə sosial şəbəkədə həmin şəxsin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədovun oğlu Sübhan Məmmədli olduğunu yazıb. O, saatın 1 milyon funt-sterlinq olduğunu qeyd edib. Bu isə 2 milyon manatdan artıq məbləğdir. Jurnalistin paylaşımını olduğu kimi təqdim edirik:

 

"Günün sensasiyası İspaniyanın məşhur İbiza kurortunda Azərbaycan vətəndaşının 1 milyon funt sterlinqlik saatının oğurlanmasl barədə ingilis mətbuatının yaydığı xəbər oldu.
Təkcə ingilis mətbuatı deyil, qərbdən şərqə bütün dünyanın mətbuatı yazır. 


Bütün dünyanın ağzı açıla qalıb ki, 22 yaşlı azərbaycanlı belə bir saatın sahibi olub və üstəlik onu oğurlatdırıb. Hansı ki, dünyanın məşhur milyonerləri, böyük şirkət sahibləri belə qələti eləmirlər. 


22 yaşlı azərbaycanlı kimdir? Siz onu bəlkə də tanımırsınız, amma atasını gözəl tanıyırsınız. Dünyada 75 nüsxə ilə buraxılan Richard Mille 50-03 McLaren F1 saatları ancaq bizim məmurların övladları kimi kütbeyinlərə 1 milyon funta satırlar. Hələ də maraq edirsiniz kimdir?


Gözünüz ayağınızın altına baxsın. Nə görəcəksiniz? Asfaltı dağılmış, çökmüş yollar...Bizim yollarımızdır, milyonlar nədir, milyardların yeyildiyi yollar. Əlinizi cibinizə salın, o da dağıdılmış büdcəmiz kimi boş...


22 yaşlı azərbaycanlı məmur balasını yollarımız çoxdan Londona aparıb çıxarıb. Onun haqqında yazmışdım, 19 yaşında İngiltərənin milyonerləri sırasında idi. Dövlət Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovun 1997-ci il oktyabr təvəllüdlü oğlu Sübhan Məmmədlini deyirəm. Londondakı King’s College-də təhsil alıb, Avstriyada və Britaniyada atasının yollardan yığdıqlarının hesabına çoxmiyonlu şirkətlər açıb. Londonda Camellia House-də 5 milyonluq mənzil sahibidir. 


İndi bir saatı itirib, noolsun? Elə bilin, Xətaidə yol çöküb...Kimsə Saleh Məmmədova deyəsi deyil ki, gözün üstdə çatma qaşların var".

 

Cavanşır Həsənli adlı şəxsin şəkli.

 

Cavanşır Həsənli adlı şəxsin şəkli.

 

Cavanşır Həsənli adlı şəxsin şəkli.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top