"Atletiko" tarixinin ən bahalı transferi - 19 yaşlı futbolçuya 126 milyon

İDMAN 27 iyn 2019, 09:12

"Benfika"nın hücumçusu Joao Feliks "Atletiko"ya transfer edilib.

 

Bu barədə məlumatı Portuqaliya klubu rəsmən yayıb.

 

Madrid təmsilçisi Portuqaliya millisinin üzvünün keçidi müqabilində qarşı tərəfə 126 milyon avro ödəyib. 19 yaşlı oyunçunun keçidini ispanlar bu gün açıqlamağı planlaşdırırlar. Feliks bununla "Atletiko" tarixinin ən bahalı oyunçusuna çevrilib.

 

Futbolçunun meneceri Jorje Mendeş məbləğin 30%-nə sahib çıxacaq. Feliksin yeni komandasında illik məvacibi isə 6 milyon avro olacaq. (Matc.az)

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top