Rusiyanın səlahiyyətləri təsdiqləndi - Ukrayna AŞPA-nı tərk etdi

DÜNYA 26 iyn 2019, 22:50

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Rusiya nümayəndə heyətinin səlahiyyətlərinin tam miqyasda təsdiqlənməsi ilə bağlı qətnamə qəbul edib.

 

Demokrat.az xəbər verir ki, bu barədə TASS yazıb. Rusiyanın səlahiyyətləri ilə bağlı qətnamənin lehinə 116 parlamentari səs verib. 62 nəfər isə qətnamənin əleyhinə səs verib.

 

Assambleyanın Rusiyanın səlahiyyətlərini tam miqyasda təsdiqləməsindən sonra Ukrayna AŞPA-nı tərk etdiyini açıqlayıb. Belə ki, qətnamənin qəbulundan dərhal sonra Ukrayna nümayəndə heyəti mərkəzə gələrək kiçik bəyanat səsləndirib.

 

Ukraynalı millət vəkili Aleksey Qonçarenko mikrofona yaxınlaşıb və bildirib: "Biz gedirik".

 

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top