“Megafun”dakı partlayışla bağlı AÇIQLAMA

SOSİAL 25 iyn 2019, 23:12

22 iyunda Megafun Əyləncə Mərkəzində baş verən hadisə ilə bağlı mərkəz açıqlama yayıb.

 

“Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir:

 

“Mediada yayılmış məlumatlarla bağlı bildirmək istərdik ki, insident uşaqların əyləndikləri və atrakssionların yerləşdiyi ərazidə olmayıb və Megafun Əyləncə Mərkəzi ilə heç bir əlaqəsi yoxdur.

 

Belə ki, həmin insident ticarət mərkəzində yerləşən kafelərin birində müştəri tərəfindən dəvət olunan animatorun (janqlyorun) qeyri-peşakarlığı və ehtiyatsızlığı səbəbindən baş verib.

 

Bununla belə hadisə nəticəsində obyektdə quraşdırılmış avtomatik yanğınsöndürmə sistemi işə düşmüş və yanğının baş verməsinə şərait yaradılmamışdır.

 

Hadisə barədə məlumatlandırılmış aidiyyatı dövlət qurumları operativ şəkildə obyektə baxış keçirmişlər.

 

Hazırda Megafun Əyləncə Mərkəzi tam spektrda fəaliyyətini davam etdirir və öz müştərilərinin xidmətindədir.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top