"Azərbaycan və Türkiyə sülhün elçiləridir" - AKP rəsmisi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sabiq üzvü, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) komissiya sədri Mustafa Kabakçı prezident İlham Əliyevin dövlət başçısı seçildikdən sonra ilk səfərini Ankaraya etməsinə münasibət bildirib.

 

Demokrat.Az xəbər verir ki, M.Kabakçı "Ölkə.Az"-a açıqlamasında bunun Azərbaycan-Türkiyə qardaşlığına verilən böyük töhfə olduğunu söyləyib:

 

"Azərbaycan və Türkiyə qardaşlığı tarixdən bəri var. Biz bütün dövrlərdə yan-yana olmuşuq. Biz eyni millətin övladlarıyıq. Rəhmət Heydər Əliyevin dediyi kimi, iki dövlət olmağımız bir millət olmağımızın önünə heç zaman keçməyib. Yəni, biz hər zaman eyni millətin övladları olmuşuq. Düşmənimiz də eynidir. Bunun üçün maraqlarımızın eyni olmasından daha qəti addım ola bilməz. Azərbaycan və ya Türkiyədə hər hansı xoş hadisə olursa, ilk olaraq biz sevinirik".

 

AKP rəsmisi qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri də bütün beynəlxalq tədbirlərdə eyni maraqdan çıxış edirlər:

 

"İnşallah digər türk dövlətlərilə də eyni isti əlaqələr yaranacaq. Türk birliyinin inkişafı üçün hər birimiz bərabər səy göstərməliyik. Hər kəs türk dünyasının gücləndirilməsi üçün çalışmalıdır. Belə olan təqdirdə türk dünyası güclənəcək. Burada həm Azərbaycanın, həm Türkiyənin, həm də digər türk dövlətlərinin uğuru olacaq".

 

Военные пилоты Азербайджана и Турции выполнили ознакомительные полеты

 


M.Kabaqçı Azərbaycanla Türkiyə arasında mənəvi sərhədlərin olmadığını da bildirib:

 

"Bilirsiniz ki, Azərbaycan və Türkiyə arasında işğalçılıq siyasi güdən ölkə, qüvvələr var. Həmin qüvvələr bu coğrafiyaya bağlı deyil. Onlar başqa dövlətlər tərəfindən həmin bölgələrə yerləşdirilib. Məqsəd qardaş dövlətlər arasında "ayrılıq səddi" çəkmək olub. Bunun hamımız yaxşı anlayırıq. Ancaq biz erməni xalqına qarşı millətçilik, irqçilik etmirik. Əgər onlar hüququn tələblərinə əməl etsələr, işğalçılıq siyasətindən və ərazi iddialarından əl çəksələr, bölgədə bizimlə qaynayıb qarışa bilərlər. Azərbaycan və Türkiyə regionda sülhün və sabitliyin elçiləridir. Ermənistan da bu imkanlardan yararlana bilər". 

 

Demokrat.Az

26 Aprel 2018, 18:18   
loading...
Ən çox izlənənlər
Xəbərlər
SON XƏBƏRLƏR

Ən son xəbərləri səhifəmizdən də izləyin

ß