“Bizim siyasət anlayışımızda millətdən küsmək yoxdur” – Ərdoğan

SİYASƏT 25 iyn 2019, 17:44

"Bundan sonra fəaliyyətimizi davam etdirəcəyik. Bizim siyasət anlayışımızda millətə küsmək, hələ-hələ milləti ittiham etmək əsla və əsla yoxdur. Tam əksinə, istər 31 martda, istər 23 iyunda millətimizə özümüzü niyə başa sala bildiyimizin diskussiyasını aparacağıq. Bu dəyərləndirmənin nəticəsinə görə də atmağımız lazım olan addımları həyata keçirəcəyik”.

 

Bu sözləri AKP-nin qrup iclasında çıxışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

"Bazar günü keçirilən seçki şəhərimizə və ölkəmizə fayda gətirməsini diləyirəm. Qeyri-rəsmi nəticələrə görə, İstanbul bələdiyyə sədri seçilən CHP namizədi Əkrəm İmamoğlunu bir daha təbrik edirəm. İstanbul əhalisinin qərarının başımız üstündə yeri var.

 

31 martda keçirilən seçkilərdə bələdiyyə məclisindəki yerlərin əksəriyyətini partiyamız qazanıb. Əlbəttə, biz Binəli bəyin seçkini qazanmasını arzuladıq. Göstərdiyi səy üçün özünə bir daha təşəkkür edirəm.

 

Binəli bəy bürokrat, millət vəkili, baş nazir və parlament sədri kimi bu günə kimi xidmətlərini göstərib. İstanbula namizəd göstərilmişdi, amma İstanbul xalqının seçimi bu şəkildə formalaşdı. Bizim üçün əsl vacib olan milli iradənin ən sağlam formada təcəlli etməsidir. Son seçkidə qazanclarımızdan da daha vacibi milli iradənin təcəlli etməsi ilə tərəddüdlərin aradan qalxması baxımından vacibdir. Türkiyənin əsl seçkisi 31 martda şübhəsiz qalib olan isə Cumhur İttifaqıdır.

 

Keçən bazar gün seçkidə səslərin 45%-ni qazandıq. Fəqət bu udmağımıza kifayət etmədi. 2023-cü ilə qədər Cumhur İttifaqı ilə İstanbulda sahib olduğumuz 25 rayon bələdiyyəsi və 180 bələdiyyə məclisi nümayəndələri ilə xalqımıza ən gözəl xidmətləri göstərəcəyik.

 

İndi qarşımızda prezident və parlament seçkisi üçün 4 illik, bələdiyyələr üçün 5 illik fasiləsiz icraat dövrü var.

 

Bundan sonra fəaliyyətimizi davam edəcəyik. Bizim siyasət anlayışımızda millətə küsmək, hələ-hələ milləti ittiham etmək əsla və əsla yoxdur. Tam əksinə, istər 31 martda, istər 23 iyunda millətimizə özümüzü niyə başa sala bildiyimizin diskussiyasını aparacağıq. Bu dəyərləndirmənin nəticəsinə görə də atmağımız lazım olan addımları həyata keçirəcəyik”. ( Avropa.info)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top