Vəzifədən gedən Abid Şərifov danışdı: "Prezidentin son sərəncamları məni çox sevindirdi"

GÜNDƏM 25 iyn 2019, 14:11

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev minimum əmək haqqının və bir sıra sahələrdə aylıq vəzifə maaşlarının artırılması, habelə bəzi vəzifə təyinatları haqqında sərəncamlar imzalayıb. 

 

Demokrat.Az xəbər verir ki, bununla bağlı BiG.AZ-a Baş nazirin sabiq müavini Abid Şərifov açıqlama verib. O bildirib ki, vəzifədə olub-olmamağından asılı olmayaraq, hər zaman cənab prezidentin siyasətini dəstəkləyir. 

 

"Mən hazırda əməkçi insanam. Cənab prezident sosial məsələlərlə bağlı bir il ərzində çox mühüm iki sərəncama qol çəkib. Məni bu sərəncamlar çox sevindirdi. Düşünürəm ki, minimum əməkhaqqının 250 manata qaldırılması əhalimizin sosial durumunu xeyili yaxşılaşdıracaq. Mən daim xalqının yanında olub, düşünən cənab prezidentimizə uzun ömür, cansağlığı arzulayıram". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top