Nazir əhaliyə paylanılmış xəstə mal-qaradan danışdı

SOSİAL 25 iyn 2019, 12:03

“Əhaliyə paylanılan mal-qaranın xəstə və ya qoca olması ilə bağlı 700-dən çox şikayət aldıq. Buna görə də, 700 araşdırma təyin olundu. Araşdırma zamanı şikayətlərin 25-nin düz olduğu ortaya çıxdı”.


Demokrat.az “Ölkə.Az” istinadən xəbər verir ki, bunu Əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.

 

“ Siz indi saxtakarlığın dərəcəsinə baxın. Mən həmişə deyirəm ki, niyə 2017-ci ildə heyvanlar veriləndə kimsə danışmırdı? 2018- ci ildə hamı eşitdi, bildi. 30 min heyvan verildi. Ancaq kiçik bir faizi şişirtdilər. İndi isə ikinci tendensiya başlayıb. Gəlib deyirlər ki,verilən heyvan xəstədir. Noyabr ayında biz heyvanı verəndə onun baytar arayışı da var idi. Heyvanın şəkli də var idi. Qida Təhlükəsizliyi Agentliyindən xahiş etdim, getdilər, baxdılar.146 heyvanda xəstəlik aşkar olundu”, - deyə nazir qeyd edib.


Nazirin sözlərinə görə, istənilən fermer heyvan götürüb 6 ay saxlayandan sonra həmin heyvanlar içərisindən xəstələnəni də olacaq. “Mənim yanıma vətəndaş gəlib deyir ki, inək öskürür. Deyirəm ki, ay ağsaqqal, bu heyvanları harada saxlayırsan? Deyir həyətdə saxlayıram. Həyətdə saxlayanda xəstələnəcək də. Mən demək istəmirəm ki, gələn vətəndaş yalan deyir. Ola bilər ki, düz deyir. Ola bilər ki, bizimkilərin səhvi olub”-nazir bildirib.


S.Babayev əlavə edib ki, bu məsələdə səhvə yol verdiyi üçün 25 əməkdaşımla bağlı mən prokurorluğa özüm təqdimat vermişəm: 

 

“Cinayət işi açılıb. Bunu özüm açıqlamamışam . Bunu açıqlamaq mənə nə verəcək ki? 9 milyon vəsaiti öz məkdaşlarımın hesabına dövlət büdcəsinə köçürülməsini təmkn etmişəm. Bu iş davam edəcək. Səhv tapanda cəzalandıracağıq. Əməkdaşlarıma ən böyük cəzanı da özüm verirəm. Heyvan veriləndə siyahıdan olan 1000 nəfəri kənarlaşdırmışıq. Çünki heyvan veriləndə görülüb ki bu adamın obyekti, maşını, torpağı var. Onlar da bəlkə 10 min dəfə şikayət məktubu yazıb. Aralarında çox gözəl yol tutanları da var. Bu nəfəri işdən çıxarırıq. 125 deputatımızın hamısına məktubu yazırlar. Eyni adama 125 dəfə cavab verməli oluruq, Bütün bunların mediada niyə yayılmasından, şişirdilməsindən xəbərdaram. Məşğulluq xidmətindən bəzi adamları işdən çıxardım. Dərhal mediada bu heyvanlarla bağlı məsələ yayılmağa başlanıldı”.

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top