Prezident əməkdar artistə ev verdi - FOTO

SOSİAL 25 iyn 2019, 10:55

Azərbaycan Prezidenti İlham Əliyev əməkdar artist Sənubər İsgəndərliyə ev hədiyyə edib.

 

Demokrat.Az-ın məlumatına görə, bu barədə aktrisanın özü məlumat verib.

 

O, buna görə dövlət başçısına təşəkkür edib:

 

"Möhtərəm, cənab Prezident!

 

Mənim səhnə fəaliyyətimi yüksək qiymətləndirərək ev hədiyyə etdiyinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

 

Sizin incəsənət xadimlərinə verdiyiniz dəyər, göstərdiyiniz diqqət, qayğı bizə qürur və fərəh verir.

 

Mənə və ailəmə bu sevinci yaşatdığınıza görə Sizə bir daha sonsuz təşəkkürümü bildirirəm.

 

Allah Sizi və Azərbaycanimizi qorusun".

 

Image result for sənubər isgəndərli

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top