Köçəryan Paşinyanı ittiham etdi

DÜNYA 25 iyn 2019, 08:57

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan 2008-ci ilin martında İrəvanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır.

 

Bu ittihamı ölkənin sabiq prezidenti Robert Köçəryan irəli sürüb. Onun sözlərinə görə, yeni hakimiyyət öz günahını inkar edir və bunu Köçəryanın üstünə yıxmaq istəyir.  

 

"Ermənistanın hazırkı baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm", - deyə Köçəryan bildirib.

 

O, həmçinin Qarabağ münaqişəsinin nizamlanmasında fərqli mövqeyi müdafiə etdiyini və buna görə təqib olunduğunu ehtimal edib.(oxu.az)

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top