"Türkiyə bu imtahandan uğurla çıxdı" — Əli Kərimlidən İmamoğluna TƏBRİK

GÜNDƏM 24 iyn 2019, 15:53

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ötən gün İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində qalib gəmiş Cumhuriyyət Xalq Partiyasından (CHP) olan namizəd Əkrəm İmamoğlunu təbrik edib. 


Təbrikdə deyilir:


"Əkrəm İmamoğlunu və bütövlükdə Türkiyəni təbrik edirəm. Aydındır ki, bu gün sadəcə İstanbulun yeni meri seçilmirdi. Ölkənin seçki sistemi və demokratiyası mühüm bir imtahan verirdi. Və bu imtahandan Türkiyə uğurla çıxdı. Bütün problemlərə rəğmən qardaş ölkədə seçki sistemi işləyir, hakimiyyətlərin taleyini xalq həll edir. Önəmli olan da budur".


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top