Azərbaycanda müəllimin başına oyun açdılar... — 1500 manat aliment (VİDEO)

MARAQLI 24 iyn 2019, 13:22

Space Tv-də Amil Xəlilin «Olar? Olmaz!» layihəsində inanılmaz anlar qeydə alınıb. Belə ki, teleaparıcıya müraciət edən orta məktəb müəlliminin açıqlamaları Amil Xəlillə bərabər vəkilidə dəhşətə gətirib. 


Həyat yoldaşından ayrılan Araz müəllimə məhkəmə 3 uşağa görə 1500 manat aliment kəsib. 500 manat maaş alan müəllimə bu qədər yüksək məbləğdə alimentin kəsilməsinə səbəb isə rəsmi sübut olmadan müəllimin sosial şəbəkədə rəsm çəkib satdığı göstərilib. 


Xanım 2500 manat tələb etsədə hakimlər 1500 manatla alimenti təsdiq edib. İş o yerə çatıb ki, alimenti ödəyə bilməyən müəllimi elə dərs zamanı tutub həbsxanaya aparırlar. Həbsxanadan çıxandan sonra uşaqlardan utanan Araz müəllim məktəbdən könüllü olaraq ayrılır. 
 

Məsələ ilə bağlı vəkilin açıqlaması da maraqlı olub. Elvin bəy bu cür halların nəinki öz təcrübəsində heç məhkmə təcrübəsində də olmadığını vurğulayıb. 


Demokrat.az həmin anları təqdim edir:

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top