Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və ABŞ İrana çağırış edib.
Demokrat.az xəbər verir ki, çağırışda İranın bölgədə sabitliyi pozduğu diqqətə çatdırılıb.
“Rəsmi Tehranı regional sabitliyi qorumağa və gərginlik yaradan addımlar atmamağa çağırırıq”, – bəyanatda bildirilib.
Bundan başqa, sözügedən 4 ölkə husilərə də çağırış edərək hücumları dayandırmağa səsləyib.