Güləşçimiz ermənini məğlub edib Avropa çempionu oldu — VİDEO

İDMAN 24 iyun 2019, 08:47

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı sona çatıb.


Demokrat.az Güləş Federasiyasına istinadla xəbər verir ki, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən güləşçilər mübarizəyə qoşulub.


İlk mərhələdə Rusiya güləşçisiylə qarşılaşan Murad Haqverdiyev əzmkar qələbəyə sevinib. 1/4 finalda Moldova təmsilçisini çətinlik çəkmədən üstələyən Haqverdiyev adını yarımfinala yazdırıb. 


Türkiyə güləşçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə uğurlu fəndi icra edən Murad finala vəsiqə qazanıb.


Həmyerlimiz iyunun 23-də baş tutan həlledici görüşdə gürcü rəqibinə uduzaraq gümüş medalla kifayətlənib.

 

Kənan Heybətov ilk mərhələdə Fransa təmsilçisinə aman verməyib. Həmyerlimiz daha sonra Türkiyə güləşçisinə vaxtından əvvəl qalib gəlib. Italiya təmsiçisi də Heybətov qarşısında duruş gətirməyib. Ancaq yarımfinalda ukraynalı rəqibinə bata bilməyib. Bununla belə, Belarus təmsilçisinə ilk hissədə qalib gələn Kənan Avropa üçüncüsü olub.


Sabir Cəfərov debütdə Polşa idmançısı üzərində erkən qələbə qazanıb. Ardınca Belçika nümayəndəsini yolundan kənarlaşdıran yığma üzvü 1/4 finalda alman həmkarına da göz açmağa imkan verməyərək yarımfinala yüksəlib. Rumıniya güləşçisinə də rahat qalib gələn Cəfərov finalda güləşməyə haqq qazanıb. İyunun 23-də prinsipial qarşılaşmaya çıxan Sabir erməni güləşçi üzərində 6:1 hesablı parlaq qələbəylə Avropa çempionu olub!


Məhəmmədəli Əliyev yarışa Polşa idmançısı üzərində inamlı qələbəylə başlayıb. Ancaq 1/8 finalda Rumıniyadan olan rəqibiylə bacarmayıb.


Saqadulla Ağayev ilk mərhələdə mübarizəni dayandırıb. Ancaq rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyunun 23-də təsəlliverici görüşlərə çıxıb.


Ağayev əvvəlcə yunan həmkarına vaxtından əvvəl qalib gəlib. Daha sonra bolqar rəqibinə eyni aqibəti yaşadan Saqadulla bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Son görüşdə Makedoniya təmsilçisini də rahat üstələyən Ağayev bürünc medalı boynundan asıb.


Beləliklə, sərbəst güləş yığmamız qitə birinciliyini 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) başa vurub.


45 kq


Təsnifat - Murad Haqverdiyev - Anjor Məcidov (RUS) 3:2

1/4 final - Murad Haqverdiyev - Pavel Kolesnik (MDA) 10:0

1/2 final - Murad Haqverdiyev - Tolqa Özbək (TUR) 7:6

FİNAL - Murad Haqverdiyev - Nikolozi Santeladze (GEO) 6:12


51 kq


Təsnifat - Kənan Heybətov - Xamzat Arsamerjoyev (FRA) 4:1

1/8 final - Kənan Heybətov - Ahmet Yucel (TUR) 12:1

1/4 final - Kənan Heybətov - Danni Lubrano (İTA) 10:0

1/2 final - Kənan Heybətov - Mikita Abramov (UKR) 2:5

Bürünc medal görüşü - Kənan Heybətov - İlya Raxozov (BLR) 10:0


60 kq


Təsnifat - Sabir Cəfərov - Tobias Neuşitzer (AUT) 12:0

1/8 final - Sabir Cəfərov - Ayup Musayev (BEL) 6:1

1/4 final - Sabir Cəfərov - Adrian Barnovki (GER) 10:0

1/2 final - Sabir Cəfərov - Aleksandru Matea (ROU) 8:1

FİNAL - Sabir Cəfərov - Genik Asatryan (ARM) 6:1


71 kq


Təsnifat - Məhəmmədəli Əliyev - Kladiuş Şimon Pluçinski (POL) 12:1

1/8 final - Məhəmmədəli Əliyev - Kristian Biro (ROU) 0:8


92 kq


Təsnifat - Saqadulla Ağayev - Lyova Gevorqyan (ARM)

Təsəlliverici görüş - Saqadulla Ağayev - Qkivi Bliatze (GRE) 13:3

Təsəlliverici görüş - Saqadulla Ağayev - Yan Vasilyev Karamfilkov (BUL) 12:1

Bürünc medal görüşü - Saqadulla Ağayev - Recep Haydari (MKD) 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top